Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən biri olan Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Ağstafa rayonu ərazisində yerləşən "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunda aparılan arxeoloji tədqiqatlarda iştirak etmişlər.

Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən biri olan Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Ağstafa rayonu ərazisində yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda aparılan arxeoloji tədqiqatlarda iştirak etmişlər.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi –5” layihəsi çərçivəsində həyata keçirilən tədqiqat işləri, eləcə də əldə edilmiş arxeoloji tapıntılar barədə iştirakçılara geniş elmi məlumat təqdim olunmuşdur. Səfər zamanı Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax Mərkəzi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu arasında gələcək elmi əməkdaşlıq perspektivləri də müzakirə olunmuşdur. Bu cür təşəbbüslər gənc tədqiqatçıların ölkəmizin zəngin maddi-mədəni irsinin öyrənilməsi prosesinə bilavasitə cəlb edilməsinə xidmət etməklə yanaşı, regionda elmi-akademik mühitin inkişafına da əhəmiyyətli töhfə verəcəkdir.

Spread the love