2025-ci il 28–30 may tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə ölkəmizin zəngin mədəni irsinin və arxeoloji abidələrin təbliği məqsədilə Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilmiş “Heritage Turquoise: Restovrasiya, Arxeologiya, Muzeyçilik, Kirabxanaçılıq Texnologiyaları” adlı beynəlxalq sərgi və konfransda Azərbaycanı təmsil edən "Keşikçidağ", " Avey", " Ağsu", " Çıraqqala-Şabran", "Pir Hüseyn Xanəgahı" Dövlət tarix-mədəniyyət qoruqları, "Qobustan" Milli Tarix-Bədii qoruğu və "Quba Soyqırımı Memorial Kompleksi"nin rəhbər və əməkdaşları da iştirak etmişlər.

2025-ci il 28–30 may tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə ölkəmizin zəngin mədəni irsinin və arxeoloji abidələrin təbliği məqsədilə Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilmiş “Heritage Turquoise: Restovrasiya, Arxeologiya, Muzeyçilik, Kirabxanaçılıq Texnologiyaları” adlı beynəlxalq sərgi və konfransda Azərbaycanı təmsil edən “Keşikçidağ”, ” Avey”, ” Ağsu”, ” Çıraqqala-Şabran”, “Pir Hüseyn Xanəgahı” Dövlət tarix-mədəniyyət qoruqları, “Qobustan” Milli Tarix-Bədii qoruğu və “Quba Soyqırımı Memorial Kompleksi”nin rəhbər və əməkdaşları da iştirak etmişlər.
Sərgidə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu da öz stendi ilə təmsil olunmuşdur. Qoruğun təqdimatında ərazidə aparılmış arxeoloji qazıntılar nəticəsində əldə edilmiş artefaktlar, elmi və maarifləndirici çap məhsulları, eləcə də tanıtım materialları nümayiş etdirilmişdir. Bu təqdimat vasitəsilə qoruğun tarixi, mədəni və elmi əhəmiyyəti beynəlxalq auditoriyaya çatdırılmışdır.3 gün ərzində davam edən Sərgi- Konfrans çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məxsus stendə həm konfrans iştirakçıları, həm də Səmərqənd şəhərində fəaliyyət göstərən müxtəlif universitetlərin tələbələri tərəfindən çoxsaylı baxış olmuşdur. Tədbirin təşkil edildiyi ” İpək Yolu Turizm və Mədəni Miras Universiteti” nin kitabxanasına qoruğa məxsus çap məhsulları hədiyyə edilmişdir.
Sərgi çərçivəsində müxtəlif ölkələrdən olan iştirakçılarla tanışlıq və təcrübə mübadiləsi imkanı əldə olunmuş, iştirakçılar digər ölkələrin mədəni irs guşələrini ziyarət etmişlər. Restavrasiya və arxeologiya sahəsində çalışan mütəxəssislərlə yerində fikir mübadiləsi aparılmışdır. Həmçinin Özbəkistanın ən zəngin və tarixi mədəni irs obyektlərindən olan Səmərqənd muzey-qoruğu və Əfrasiyab Qoruğu ilə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Eyni zamanda, onların fəaliyyət təcrübələri və metodoloji yanaşmaları ilə yaxından tanışlıq qurulmuşdur.
Bu tədbir Azərbaycanın mədəni irsinin beynəlxalq miqyasda tanıdılması, qarşılıqlı elmi əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.

Spread the love