“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır.
×
"Keşikçidağ"Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, bərpaçı-rəssam Fərhad Fərmanov və Almaniyanın Vütsberq Universitetinin professoru Martin Gruberin iştirakı ilə Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun elmi şurasının iclası keçirilmişdir.