Azərbaycanın zəngin maddi-mədəni irs nümunələrinin yerində öyrənilməsi və bu irsin ictimaiyyətə tanıdılması məqsədilə Bakı şəhərindən olan bir qrup turistin “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna maarifləndirici və elmi ekskursiya təşkil olunmuşdur.
Ekskursiya çərçivəsində iştirakçılar əvvəlcə “İlham Əliyev adına zirvə” istiqamətində yerləşən qədim mağaralar və onların divar və tavanlarında əks olunmuş nadir freskalarla tanış olmuşlar. Turistlər, həmçinin bölgədə yaşayan qədim insanların gündəlik məişətinə dair əlamətləri – ocaqlar, su anbarları və süni oyma nişanlar tanış olmuş, həmin dövrün həyat tərzini təsəvvür etmək imkanı qazanmışlar. Ekskursiya çərçivəsində qoruğun elmi işçiləri və bələdçiləri turistlərin çoxsaylı suallarını ətraflı şəkildə cavablandıraraq, abidələrin tədqiqat tarixi, qorunma vəziyyəti, haqqında məlumat vermişlər. Bu kimi elmi ekskursiyalar tarixə marağın artırılması, milli kimliyin və mədəni irsə hörmət hissinin formalaşdırılması baxımından da mühüm rola malikdir.






