2025-ci il 16–18 may tarixlərində Bakı və Xankəndi şəhərlərində Ankara Hacı Bayram Veli Universitetinin Turizm, Qarabağ Universitetinin İqtisadiyyat, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya, Azərbaycan Turizm və Menecment Universitetinin isə Turizm və Qonaqpərvərlik fakültələrinin birgə təşkilatçılığı ilə keçirilmiş VI Beynəlxalq Səyahət və Turizm Dinamikası Konfransında “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev onlayn formada iştirak etmişdir. Tədqiqatçı konfransda “İqlim dəyişikliklərinin Qazax–Ağstafa tarixi irsinə təsiri: problemlər və həll yolları” adlı elmi məqalə ilə çıxış etmiş, mövzu ətrafında aktual problemləri elmi müstəvidə təqdim etmiş və Konfransın sonunda təşkilatçılar tərəfindən sertifikatla təltif olunmuşdur.

