“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı və Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Yunis Nəsiblinin iştirakı ilə 08.05.2025-ci il tarixində “Muzeylər xalqımızın sərvətidir” adlı onlayn seminar keçirilmişdir. Seminarda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşları iştirak etmişlər. Elmi seminarda tarixi və mədəni irsinizin qorunmasında muzeylərin və qoruqların əhəmiyyətindən, hər bir xalqın öz tarixi abidələrinə verdiyi dəyərdən, bu dəyərlərə sahib çıxılmasının vacibliyindən bəhs edilmişdir.






