“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı və AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovun iştirakı ilə 18 Aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş onlayn seminar keçirilmişdir. Ölkəmizdə, o cümlədən qoruq ərazisində yerləşən abidələrin aşkar efilməsi, qorunması və təbliğ olunmasının vacibliyinin vurğulandığı seminarda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən #qoruqların əməkdaşları iştirak etmişlər.




