18 mart 2025-ci il tarixində Ağstafa rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Azərbaycan xalqının qədim adət-ənənələrinin yaşadıldığı və qorunduğu milli bayramlarımızdan olan Novruz bayramı ilə əlaqədar ümumrayon tədbiri təşkil olunmuşdur. Tədbirdə hər il olduğu kimi bu il də “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu öz pavilyonunu qurmuşdur. Pavilyonda qoruq ərazisindən aşkarlanmış maddi-mədəniyyət nümunələri, qoruğa məxsus çap məhsulları və Novruz atributlarından ibarət sərgi nümayiş olunmuşdur. Qoruğun sərgilədiyi eksponatların sayı bu il daha da artırılmışdır. Belə ki, son dövrlər qoruq ərazisində geniş vüsət almış arxeoloji qazıntı işləri və elmi tədqiqatların nəticəsi olaraq qoruğa məxsus artefaktlar fondumuzu zənginləşdirilmiş, çap məhsulları çoxaldılmışdır. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna məxsus rəngarəng alaçıqlar və sərgi rayon rəhbərliyi və qonaqlar tərəfindən xüsusi maraqla qarşılanmışdır.



