Karvan dərəsi kurqanı

Adı: Karvan dərəsi kurqanı
Yerləşdiyi ərazi: Ceyrançöl, Keşikçidağ Kurqanlar Vadisi
Aşkarlandığı tarix: 25.08.2024-05.10.2024-cü il
Dövrü: Son tunc-erkən dəmir dövrü (Xocalı-Gədəbəy mədəniyyəti)
Karvan dərəsi kurqanları Ceyrançöl düzünün Karvan dərəsi adlanan sahəsində yerləşir. Kurqanalrın yerləşdiyi ərazi düzənlik sahə olub, az hündürlüklü sıx çöl bitkiləri ilə, alçaq maili təpəliklərlə və bəzi yerlərdə yağış və sel sularının gur axması səbəbiylə yaranmış az dərinlikli yarğanlarla müşahidə olunur. Ərzainin 90faiz hissəsi gözlə görünür və arxeoloji abidələri(əsasən kurqanları) çox uzaqdan müşahidə etmək mümkündür. Sahə səthi relief qurluşuna malikdir. Karvan dərəsi kurqanları bir-birindən təxminən 10-40m aralıq məsafədə yerləşir və bu kurqanlarda 3 istiqamətdə arxeoloji qazıntı işləri aparılmışdır.

Spread the love