Əqiq

Adı: Əqiq
Aşkarlandığı yer və tarixi: Keşikçidağ kurqanlar vadisi- Candargöl kurqan 1-07.2024
Dövrü: Son tunc- erkən dəmir- Xocalı-Gədəbəy mədəniyyəti
Saxlandığı yer: “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun fondu
Ağstafa rayonunda yerləşən Ceyrançöldə aşkarlanmılş əqiq daşları bölgənin qədim insanlarının zinət əşyaları, dini rituallar və ticarət əlaqələri haqqında vacib məlumatlar verən arxeoloji artefaktlardandır. Əqiq, qədim dövrlərdən bəri insanlar tərəfindən yüksək qiymətləndirilən yarımqiymətli daşlardan biridir və müxtəlif məqsədlər üçün istifadə edilmişdir. Əqiq (Agat), kvarsın bir növüdür və əsasən silisium dioksiddən (SiO₂) ibarətdir. Onun bənzərsiz rəng və naxışları, tərkibindəki müxtəlif minerallardan asılı olaraq dəyişir. Qırmızı, narıncı, qəhvəyi, boz, ağ, yaşıl və mavi çalarlarda olur. Bəzi mədəniyyətlərdə əqiq daşları ibadət və qurban rituallarında istifadə edilirdi. Onların həmçinin ölülərlə birlikdə basdırıldığı və ruhların qorunması üçün işlədildiyi məlumdur. Keşikçidağdan tapılan əqiq əşyaları, adətən oyma muncuqlar, silindrik və ya yumru formalı boncuklar, bəzək daşları və üzük qaşları şəklində olur.

Name: Agate
Place and Date of Discovery: Keshikchidagh Kurgan Valley – Jandargol
Kurgan-1, July, 2024.
Period: Late Bronze – Early Iron Age, Khojaly-Gadabay Culture
Storage Location: Fund of the “Keshikchidagh” State Historical-Cultural Reserve
The agate stones discovered in the Jeyranchol area of the Aghstafa district are among the significant archaeological artifacts that provide valuable information about the jewelry, religious rituals, and trade relations of ancient societies in the area. Agate has been one of the most prized semi-precious stones since antiquity and was used for various purposes. Agate, a variety of quartz, is primarily composed of silicon dioxide (SiO₂). Its unique colors and patterns vary depending on the presence of different minerals, appearing in shades of red, orange, brown, gray, white, green, and blue. In some cultures, agate stones were used in religious worship and sacrificial rituals. They were also known to be buried alongside the deceased, believed to protect their souls. The agate artifacts found in Keshikchidagh typically include engraved beads, cylindrical or round-shaped ornaments, decorative stones, and gemstone settings for rings.

Название: Агат
Место и дата обнаружения: Долина курганов Кешикчидаг – курган Джандаргель 1 – 07.2024
Период: Поздний бронзовый – ранний железный век, культура Ходжалы-Гядябей
Место хранения: Фонд Государственного историко-культурного заповедника «Кешикчидаг»
Агатовые камни, обнаруженные на территории Джейранчёля в Агстафинском районе, представляют собой археологические артефакты, предоставляющие важную информацию о древних жителях региона, их украшениях, религиозных ритуалах и торговых связях. Агат – это один из наиболее ценных полудрагоценных камней, используемых людьми с древнейших времён для различных целей. Агат (Agate) является разновидностью кварца и состоит преимущественно из диоксида кремния (SiO₂). Его уникальные цвета и узоры обусловлены присутствием различных минералов. Камень встречается в красных, оранжевых, коричневых, серых, белых, зелёных и синих оттенках. В ряде культур агат использовался в религиозных обрядах и жертвоприношениях, а также помещался в могилы для защиты душ умерших. Обнаруженные в Кешикчидаге агатовые изделия представлены резными бусинами, цилиндрическими и округлыми бусами, декоративными камнями и вставками для колец.


Spread the love