Qarasoy dərəsi 2 saylı kurqan

Adı: Qarasoy dərəsi 2 saylı kurqan
Yerləşdiyi ərazi: Ceyrançöl, Keşikçidağ Kurqanlar Vadisi
Aşkarlandığı tarix: 07. 09.2023-06.10.2023-cü il
Dövrü: Son tunc-erkən dəmir dövrü (Xocalı-Gədəbəy mədəniyyəti)
Qarasoy dərəsi 2 saylı kurqan 1 saylı kurqandan 50m məsafədə aralı olmaqla, ondan cənubda yerləşir. Qarasoy çayı dərəsinə nisbətən yaxın olan (çay dərəsindən 8m aralıda) kurqan müasir yer səthindən 1, 75m hündürlükdə,dəniz səviyyəsindən 485m yüksəklikdədir. Kurqanın diametric 18m, radiusu 9m, sahəsi(JPS ölçüsünə əsasən ) 168m2-dir. Qəbir abidəsinin yerüstü əlaməti onun müasir yer səthindən müəyyən yüksəklik təşkil etməsi, mərkəzi hissədə çökmüş kiçik sahə və 1saylı kurqana nəzərən daha aydın bilinən kromlexinin olması idi. Kromlex orta və iri ölçülü qaya daşlarından ibarətdir.Daşların ölçüsü 30x70sm, 40x80sm-ə çatır. Aralarında uzunluğu 1m-ə çatan daşlar da vardır. Bu daşlar tam dairə formasında daha nizamlı və sıx düzülmüşdür.

Spread the love