Adı: Qarasoy dərəsi 1 saylı kurqan
Yerləşdiyi ərazi: Ceyrançöl, Keşikçidağ Kurqanlar Vadisi
Aşkarlandığı tarix: 07. 09.2023-06.10.2023-cü il
Dövrü: Son tunc-erkən dəmir dövrü (Xocalı-Gədəbəy mədəniyyəti)
Qarasoy dərəsi 1 saylı kurqan yer səthindən 2,1m hündürlüyə malik olub dəniz səviyyəsindən 487m yüksəklikdədir. Kurqanın diametri 25m, radiusu 12,5m, sahəsi (JPS ölçüsünə əsasən) 392m2 . Kurqanın yerüstü əlamətləri onun müasir yer səthindən müəyyən hündürlüyə malik olması, mərkəz hissədə torpağa müxtəlif ölçülü kiçik çay daşlarının zəif düzümlü və vizual görünüşdə ətəyini əhatələyən zəif görüntülü dairəvi kromlexə malik olması idi. Kurqan sahəsinə görə böyük ölçülü olduğundan ilk öncə mərkəz nöqtə müəyyən edilərək şimal-cənub və şərq-qərb istiqamətində 4yarusa bölünür. Kurqan kromlexi əsasən iri ölçülü(60x80sm, 50x90sm, 70x100sm) qaya və kirəçləşmiş qumdaşı materiallardan istifadə edilməklə qurulmuşdur. Kurqanın üst örtüyü çınqıl qarışıq torpaqdan ibarətdir.


