Adı: Sarıyoxuş kurqanları (30 ədəd)
Yerləşdiyi ərazi: Ceyrançöl, Keşikçidağ Kurqanlar Vadisi
Aşkarlandığı tarix: 15.06.2021-30.07.2021
Dövrü: Son tunc-erkən dımir dövrü (Xocalı-Gədəbəy mədəniyyəti)
Sarıyoxuş kurqanları qoruq ərazisində 2020 –ci ilin dekabrın sonundan 2021-ci ilin fevral ayına qədər aparılmış arxeoloji xilasetmə işləri və arxeoloji kəşfiyyat müddətində qeydə alınmış, GPS koordinatları götürülmüşdür. Bu kurqanlar “Keşikçidağda elmi–arxeoloji qazıntılar və yay məktəbi 1 “adlı lahiyə çərçivəsində aparılmış arxeoloji tədqiqatlar nəticəsində aşkarlanmışdır. Sarıyoxuş kurqanları torpaq və daş örtüklü olub, diametri 20-28-ə çatır.
“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisinə daxil Sarıyoxuş dərəsindəki 1 və 2 saylı daş örtüklü kurqanlarda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovun rəhbərliyi altında arxeoloji tədqiqatlar aparılmışdır.

