“Azərbaycan 2-ci Beynəlxalq Elmi Tədqiqatlar” adlı konfransda iştirak edən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları Paşşanova Unnab və Qurbanova Ülviyyənin məqalələri konfransın məqalələr toplusunda nəşr olunmuşdur.
Qeyd edək ki, konfrans 15-17 Avqust 2024-cü il tarixlərində Azərbaycanın Lerik şəhərində Bakı Avrasiya Universiteti və Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu – İKSAD-ın birgə təşkilatçılığı ilə keçirilmişdir. Qarşılıqlı müzakirə əsasında təşkil olunmuş konfransın sonunda əməkdaşlarımıza sertifikatlar təqdim olunmuşdur.

