Rusiyalı mütəxəssislərin iştirakı ilə Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğun inzibati binasında dəyirmi masa təşkil olunmuşdur.

17.10.2024-cü il tarixində Rusiya Federasiyanın Novosibirski şəhərində yerləşən Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Anoikin Anton Aleksandroviç, Rusiya Elmlər Akademiyasının Dağıstan Mərkəzinin Geologiya İnstitutunun geoloqu, elmlər namizədi İdris İdrisov Abdulbutayeviç, Moskva Dövlət Universitetinin əməkdaşı, Rusiya Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Dördüncü dövr paleocoğrafiya şöbəsinin böyük elmi işçisi, Coğrafiya elmləri namizədi Qurbanov Rəcəp Nurmuradoviç, Rusiya Federasiyanın Sankt Peterburq vilayətində yerləşən Rusiya Elmlər Akademiyasının Maddi mədəniyyət tarixi İnstitutunun Paleolit şöbəsinin əməkdaşı İvanov Yaroslav Dmitrieviç, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, daş dövrü üzrə mütəxəssis, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalovun ilk öncə arxeoloji qazıntılar nəticəsində əldə olunmuş maddi-mədəniyyət nümunələrinin saxlandığı kiçik muzey tipli stendlə tanış olmuşlar. Qeyd edək ki, qoruğun yerləşdiyi Ceyrançöldə daş dövrünə aid açıq yaşayış düşərgələri mövcuddur. Əvvəlki illərdə bu alimlərin apardığı tədqiqatlar nəticəsində Karvan dərəsi, Saqqızlı (aşel) və Qarabığ yaşayış düşərgələrində orta paleolit dövrünə aid edilən kobud əmək alətləri aşkar edilmişdir. Dəyirmi masada “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ilə birgə elmi tədqiqatların davamlı və çoxşaxəli aparılması istiqamətində fikir mübadiləsi aparılmışdır.

Spread the love