Ulu Öndərin layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin Sərəncamı əsasında 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə görə artıq ölkəmizin energetika sahəsində bir sıra vacib yeniliklərindən danışa bilirik. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.
. Yarışın keçirilməsində əsas məqsəd gənc nəslin ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması istiqamətində biliklərini gücləndirmək, bölgəmizin o cümlədən qoruq ərazisndə yerləşən abidələrin tanıdılması, gənclərin asudə vaxtlarının səmərəli təşkilidir. A.Mustafayev adına Həsənsu kənd orta məktəbində keçirilən tədbirdə iştirakçılar ilk öncə qoruq ərazisindən aşkarlanmış maddi-mədəniyyət nümunələrindən və qoruğa məxsus çap məhsullarından ibarət sərgi ilə tanış olmuşlar. Tərkibində Ağstafa Rayon Təhsil sektorunun və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşlarının olduğu münsiflər heyətinin iştirakı ilə intellektual yarışa start verilmişdir. İştirakçılar 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan edilməsi, işğaldan azad olunmuş ərazilərdə bu sahədə aparılan işlərdən, o cümlədən bölgəmizin tarixi irsinə həsr olunmuş 30 sual üzrə yarışmışlar. Suallar çətinlik dərəcəsinə görə qruplaşdırılmış və yarış 3 mərhələdə təşkil olunmuşdur. 30 komandadan ibarət olan intellektual yarışın sonunda 1-ci yeri-Ağstafa rayon Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbin təmsil olunduğu “Füzuli” komandası, 2-ci yeri A.Mustafayev adına Həsənsu kənd tam orta məktəbin təmsil olunduğu “Xocalı” komandası, 3-cü yeri Azər Yusifli adına Böyük Kəsik kənd tam orta məktəbin təmsil olunduğu “Zəngilan “ komandası tutmuşdur. Qaliblər sertifikatlarla mükafatlandırılmış, qoruğa məxsus çap məhsullarından ibarət hədiyyə paketləri və hədiyyələr təqdim edilmişdir.