22.09.2024-cü il tarixində Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində aparılan arxeoloji qazıntılarla tanış olmaq məqsədilə burada olmuşlar.

22.09.2024-cü il tarixində Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində aparılan arxeoloji qazıntılarla tanış olmaq məqsədilə burada olmuşlar. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə aparılan “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4” adlı layihə çərçivəsində qonaqlar arxeoloji qazıntı sahəsi və buradan əldə olunan artefaktlarla yaxından tanış olmuşlar. Mərkəz əməkdaşları onları maraqlandıran suallar barədə arxeoloji ekspedisiya üzvləri ilə fikir mübadiləsi aparmışlar.

Spread the love