Ağstafa rayonun ərazisində yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə aparılan “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4” adlı layihə həyata keçirilir. 21.09.2024-cü il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Ağstafa və Qazax rayonları üzrə abidə mühafizləri arxeoloji qazıntı sahəsinə ekskursiya etmiş və buradan əldə olunan artefaktlarla yaxından tanış olmuşlar. Həmçinin qonaqlar bölgəmizin o cümlədən qoruğun tarixi, abidələri, onların qorunması və təbliği barədə qarşılıqlı fikir mübadiləsi aparmışlar.