18.09.2024-cü il tarixində Qazax Gənclər Evinin əməkdaşları AMEA Arxeologiya və Antropologiya İnstitunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfovun rəhbərliyi ilə aparılan qazıntılarla daha yaxından tanış olmaq məqsədilə qoruq ərazisində olmuşlar.

Ağstafa rayon ərazisində yerləşən “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitunun birgə təşkilatçılığı ilə keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4” adlı layihə uğurla davam etdirilir. 18.09.2024-cü il tarixində Qazax Gənclər Evinin əməkdaşları AMEA Arxeologiya və Antropologiya İnstitunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfovun rəhbərliyi ilə aparılan qazıntılarla daha yaxından tanış olmaq məqsədilə qoruq ərazisində olmuşlar. Qonaqlar Karvan dərəsi kurqanlarında aparılan arxeoloji qazıntı işləri və əldə olunan maddi-mədəniyyət nümunələri ilə tanış olmuş, alimlər tərəfindən onları maraqlandıran suallar cavablandırılmışdır.

Spread the love