Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitunun birgə təşkilatçılığı ilə keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4” adlı layihə çərçivəsində qoruq ərazisinə ekskursiyalar davam etdirilir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitunun birgə təşkilatçılığı ilə keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4” adlı layihə çərçivəsində qoruq ərazisinə ekskursiyalar davam etdirilir. Belə ki, 17.09.2024-cü il tarixində Ağstafa Gənclər Evi “Sosial Xidmət Müəssisəsi”nin rəhbərliyi və əməkdaşları AMEA Arxeologiya və Antropologiya İnstitunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfovun rəhbərliyi ilə Karvan dərəsi kurqanlarında aparılan arxeoloji qazıntı işləri və əldə olunan artefaktlarla yaxından tanış olmaq məqsədilə ərazidə olmuşlar. Həmçinin ekskursiyaçıların asudə vaxtlarının səmərəli təşkili məqsədilə alaçıqlar qurulmuş, Ağstafa Gənclər Evi “Sosial Xidmət Müəssisəsi”nin könüllü gənclərinin müxtəlif musiqi alətlərində ifaları və standap nümayiş olunmuşdur.

Spread the love