Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4” adlı layihənin hazırlıq işlərinə başlanılmışdır. Belə ki, arxeoloji qazıntılarda iştirak edəcək tələbələrə master-klassların keçirilməsi, o cümlədən ziyarətçilərin asudə vaxtını səmərəli təşkil etmək üçün qoruq əməkdaşları tərəfindən alaçıqlar qurulur.