“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən üç il bundan əvvəl Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində şanlı tarix yazaraq qəhrəmancasına canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Badam bağı” salınmışdır. Qoruğa məxsus informasiya mərkəzinin ətrafında salınmış bu “Badam bağı” əməkdaşlarımız tərəfindən daima suvarılır, xüsusi qulluq olunur. Dünyanın bir çox yerində sevilərək yetişdirilən badam ağacının ucsuz-bucaqsız Ceyrançöldə yetişdirilməsi tərəfimizdən həmişə diqqətdə saxlanılır. Hal-hazırda badam ağaclarının bəziləri artıq öz nübarını, ilk barını verməyə başlayıb. Qoruq əməkdaşları bu bağı daha da genişləndirməyi qarşıya məqsəd qoymuşlar.
[gallery size=”large” ids=”11446,11447,11448,11449,11450,11451,11452,11453