9 noyabr “Bayraq Günü” münasibətilə Ağstafa rayonunda rəsmi səfərdə olan İsrailin Azərbaycandakı səfiri Dan Stav və Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Heydər Əliyev mərkəzində olmuşlar. Heydər Əliyev mərkəzində yaradılmış Keşikçidağ güşəsində olarkən qoruq ərazisində aparılan elmi arxeoloji tədqiqatlar zamanı tapılmış maddi-mədəniyyət nümunələrindən ibarət olan stendlər, şəkillər qonaqda geniş marağa səbəb olduğundan Səfirə qoruq haqqında ətraflı məlumatlar verilmişdir. İcra Hakimiyyətinin təşəbbüsü , Mədəniyyət və Turizm Nazirliyinin göstərişi əsasında Yaddaş Studiyası tərəfindən çəkilmiş “Qədim Yurdun Daş Kitabəsi” adlı qısa metrajlı filmin diski, üç dildə qoruq haqqında buklet, flayerlər, süvenirlər, diyircəkli qələmlərdən təşkil olunmuş hədiyyə paketi Səfirə təqdim olundu.