“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı və AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Bəxtiyar Cəlilov və BDU-nun dosenti, tarix elmləri namizədi Yunis Nəsiblinin iştirakı ilə 24.07.2024-cü il tarixində “Qərb bölgəsinin son tunc-erkən dəmir dövrü abidələri” adlı onlayn seminar keçirilmişdir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşlarının iştirak etdiyi seminarda qərb bölgəsində, həmçinin “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən kurqanlarda iki istiqamətdə aparılan qazıntı işlərindən, arxeoloji abidələrin tədqiqi və bu ərazidə baş verən mədəni-tarixi proseslərin öyrənilməsinin əhəmiyyətindən, arxeoloji qazıntılar zamanı aşkarlamış son tunc-erkən dəmir dövrü abidələrindən bəhs edilmişdir.


Spread the love