“Heydər Əliyev və tarixi irsimizin gənc təbliğatçıları”adlı layihəmizin bu dəfəki iştirakçıları Ağstafa rayon Ağ Göl kənd ibtidai məktəbinin şagirdləri olmuşdur.İlk öncə ekskursiyaçılar bölgənin ən hündür yüksəkliklərindən olan, Ölkə Prezidenti cənab İlham Əliyevin adını daşıyan “İlham Əliyev adına zirvə” haqqında məlumatlandırılmışlar. Daha sonra Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən mağaraların divar və tavanlarında əks olunmuş freskalarla yaxından tanış olmuş, qoruq əməkdaşları tərəfindən onlara maraqlı gələn suallar cavablandırılmışdır.