18 mart 2024-cü il tarixində Ağstafa rayon Heydər Əliyev Parkında xalqımızın qədim adət-ənənələrinin yaşadıldığı Novruz bayramı ilə əlaqədar ümumrayon tədbiri təşkil olunmuşdur. Tədbirdə hər il olduğu kimi bu il də ənənəvi olaraq “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu öz pavilyonunu qurmuşdur. Pavilyonda qoruq ərazisindən aşkarlanmış maddi-mədəniyyət nümunələri, qoruğa məxsus çap məhsullarından ibarət sərgi nümayiş olunmuşdur. Qoruğun qurduğu pavilyonların sayı bu il daha da artırılmışdır. Belə ki, son dövrlər qoruq ərazisində geniş vüsət almış arxeoloji qazıntı işləri və elmi tədqiqatların nəticəsi olaraq qoruğa məxsus maddi artefaktlar fondumuzu zənginləşdirilmiş, çap məhsulları çoxaldılmışdır.”Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna məxsus rəngarəng alaçıqlar və sərgi rayon rəhbərliyi və qonaqlar tərəfindən xüsusi maraqla qarşılanmışdır.