Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi tamam olur. Bu əlamətdar gün münasibətilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi ümumrayon tədbirində iştirak etmişdir. Bununla yanaşı qoruğun rəhbərliyi və kollektivi Ümumilli liderin Ağstafa rayon Heydər Əliyev Mərkəzinin önündə ucaldılmış abidəsini ziyarət edərək tər qərənfillər düzmüşlər. Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən muzeydə olmuşlar.