08.05.2024-cü il tarixində "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə “Heydər Əliyev və tarixi-mədəni irsimiz” adlı bilik viktorinası təşkil olunmuşdur.

Ağstafa şəhər Heydər Əliyev prospektivində, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasını önündə təşkil edilmiş viktorinada Ağstafa rayon İcra Hakimiyyətinin rəhbərliyi, gənclər, könüllülər, rayon sakinləri və ziyalılar iştirak etmişlər. “Heydər Əliyev və tarixi-mədəni irsimiz” adlı bilik viktorinasında ümumillikdə 50 sual , hər iştirakçıya isə 10 sual ünvanlanmışdır. Viktorina 2 mərhələdən ibarət olmuşdur. 10 sualdan 7 suala düzgün cavab verərək birinci mərhələyi keçmiş iştirakçılar mükafatlandırılmış, qaliblərə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən buklet, fleyer, qələm, açarlıq və s. ibarət hədiyyə çantaları təqdim edilmişdir. Ən yüksək nəticə göstərərək 2 mərhələni də keçmiş 3 iştirakçı isə 10 May Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə təşkil olunacaq tədbirdə mükafatlandırılacaqdır.

Spread the love