“Keşikçidağ”Dövlərt tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən açıq yaşayış düşərgələri o cümlədən çoxlu sayda kurqanlar mövcuddur və bu abidələrdə mütamadi olaraq yerli o cümlədən xarici mütəxəssislərin iştirakı ilə elmi tədqiqat, arxeoloji qazıntı işləri aparılır.
2020-ci ilin payız aylarından başlayaraq ilk dəfə olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü ilə Rusiyalı və Dağıstanlı alimlər Ceyrançöl ərazisində olmuş, daş və tunc dövrünə aid çoxlu sayda maddi-mədəniyyət nümunələri aşkarlamışlar.
Bu elmi tədqiqatlar ardıcıl olaraq davam etdirilmiş və Rusiya Elmlər Akademiyasının Maddi mədəniyyət tarix İnstitutu və Rusiya Elmlər Akademiyasının Dağıstan Mərkəzinin Geologiya İnstitutu ilə qarşılıqlı əməkdaşlıq işləri davam etdirilir. Bu əməkdaşlığın nəticəsi olaraq 1-4aprel 2024-cü il tarixlərində Rusiya Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunda Gənc Alimlərin “Aktual Arxeologiya 7” Ümumrusiya Elmi Konfransına qoruğun direktoru Musa Mursaquliyev və AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun dosenti,tarix üzrə fəlsəfə doktoru, arxeoloq Şamil Nəcəfovun “2023-cü ildə Ceyrançöl düzündə aparılan arxeoloji tədqiqatların nəticələri” adlı elmi məqaləsi göndərilmiş və qəbul edilmişdir. Məqaləmiz konfransın çap olunan məqalər toplusunda dərc olunmuşdur.