"Keşikçidağ"Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında 2023-cü ilin yekunlarına həsr olunmuş dəyirmi masa keçirilmişdir.

“Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında 2023-cü ilin yekunlarına həsr olunmuş dəyirmi masa keçirilmişdir. Dəyirmi masada ilk öncə qoruğun direktoru Musa Mursaquliyev çıxış edərək “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun cari ildə gördüyü işlərdən, qarşıda duran məsələlərdən, qoruğun əməkdaşlarından Yusifzadə Lalə “Heydər Əliyev ili” çərçivəsində həyata keçirilən tədbirlərdən bəhs etmişlər. Daha sonra qoruğun əməkdaşı Paşşanova Unnab qoruğun “Elmi şura”sının fəaliyyətindən, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Şamil Nəcəfov və tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Əsədov isə “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi -3” adlı layihənin arxeologiya elminə verdiyi töhfələrdən, əhəmiyyətindən danışmışlar.

Spread the love