Hörmətli izləyicilərimiz bu gündən etibarən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu olaraq “Keşikçidağ ölkə mətbuatında” adlı yeni rubrikaya start veririk və məqsədimiz qoruğu geniş izləyici kütləsinə çatdırmaqdır. Belə ki, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyevin “Qobustan dünyası” elmi-metodiki, populyar jurnalında “Əsrarəngiz tarixi məkan Keşikçidağ mağaralar kompleksi” adlı məqaləsi nəşr olunmuşdur.

