18-19 dekabr 2023-cü il tarixində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycanda ilk dəfə “Mədəni irs”forumu keçirilmişdir. Tanınmış tarixçi,arxeoloq, rəssam, memar, heykəltaraş,sənətkar və sahə üzrə digər mütəxəssislərin iştirakı ilə baş tutan tədbirdə”Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və əməkdaşları da iştirak etmişlər. Forumda mədəniyyətin və milli irsin yaşadılması, inkişafı və təbliği, maddi və qeyri-maddi irsimizə, tarixi abidələrə dövlət qayğısından bəhs olunmuş və qarşılıqlı müzakirələr aparılmışdır.