14.12.2023-cü il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə "Keşikçidağ mağaralar kompleksinin təbliğində müasir yanaşmalar” adlı onlayn seminar təşkil olunmuşdur.

Seminarda Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Yunis Nəsibli və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşları iştirak etmişdir. “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun tarixi və təbliğindən, o cümlədən Keşikçidağ mağaralar kompleksi haqqında arxiv mənbələrdə yer almış tarixi məlumatlardan bəhs edilən seminarın yekununda Yunis Nəsibli tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Spread the love