“Heydər Əliyev irsinin gənc təbliğaçıları” adlı layihə çərçivəsində və “2 Fevral Gənclər Günü ilə əlaqədar “Ağstafa Gənclər evi” Sosial Xidmət Müəssəsinin gənc könüllüləri “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında qonaq olmuşlar. Tarixi və mədəni irsimizin gələcəyə ötürücüləri olan gənclər qoruğa məxsus kiçik muzey tipli stendlə tanış olmuşlar.Qoruq əməkdaşları tərəfindən onlara burada sərgilən maddi artefaklar haqqında ətraflı məlumat verilmişdir.