Bütün sahələrdə olduğu kimi Ümummilli lider Heydər Əliyevin Azərbaycanın təbiətinə qayğısı bir övladın anasına göstərdiyi qayğı qədər səmimi, təmənnasız olmuşdur . Çünki əsas ideya uzaqgörən və saf niyyətə xidmət etmiş, ölkəmizdə yaşıllaşdırma kütləvi, stabil və davamlı prosesə, vətəndaş vərdişinə çevrilmişdir.Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu olaraq silsilə tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərin davamı olaraq 08.12.2023-cü il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilən “100 ağac əkək” devizi altında ağacəkmə aksiyası həyata keçirilmişdir. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən “İlham Əliyev adına zirvə” nin ətrafında salınmış “Badam bağın”da ərazinin landşaftına uyğun olaraq badam və şam ağacları əkilmişdir.