“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə 06.12.2023-cü il tarixində "Qərb bölgəsinin etnoqrafiyası” adlı onlayn konfrans keçirilmişdir.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə 06.12.2023-cü il tarixində “Qərb bölgəsinin etnoqrafiyası” adlı onlayn konfrans keçirilmişdir. Konfransda AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitunun əməkdaşı, tarixçi-etnoqraf İsmayıl Umudlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşları iştirak etmişdir. Konfransda Qərb bölgəsinin qədim etnik birliklərindən, burada yaşamış tayfaların qarşılıqlı mədəni əlaqələrindən , o cümlədən Keşikçidağ mağaralar kompleksinin ərazisində xristianlığın yayılmasından bəhs edilmişdir. Sonda İsmayıl Umudlu tərəfindən iştirakçıların sualları cavablandırılmışdır.


Spread the love