Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də davam etdirilən gənclər siyasəti Azərbaycan gəncliyinin cəmiyyətin bütün sahələrində fəal iştirakını təmin etməkdədir.

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də davam etdirilən gənclər siyasəti Azərbaycan gəncliyinin cəmiyyətin bütün sahələrində fəal iştirakını təmin etməkdədir. Bu sahədə ən təsirli vasitələrdən biri də könüllülük fəaliyyətlərinin təşkil edilməsidir. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ölkəmizin güclü bir dövlətə çevrilməsində, insanların rifahının getdikcə yaxşılaşmasında könüllülər də mühüm rol oynayırlar. Xüsusilə son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında daha çox diqqət çəkir. Əziz könüllülər. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu olaraq biz də hansı sahədə fəaliyyət göstərməyinizdən, təhsil almağınızdan asılı olmayaraq sizə uğurlar arzulayır, dövlətimiz, vətənimiz üçün daim xeyirli işlər görməyinizi diləyirik. Bizim əsas məqsədimiz mədəni irsimizi, tariximizi sizin vasitənizlə daha geniş arenalara çatdırmaq, təbliğ etməkdir. Əziz Ağstafa könüllüləri “. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu olaraq çox istərdik ki, gələcək layihələrimizdə, tədbirlərimizdə həmişə olduğu kimi yenə də öz könüllülük fəaliyyətinizi davam etdirəsiz, mədəni irsimizin gələcək nəsillərə çatdırılmasında öz köməkliyinizi əsirgəməyəsiz.


Spread the love