Ağstafa rayon təhsil müəssisələrinin müəllimləri arasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tarixi abidələrimizin təbliğində təhsilin rolu” adlı intellektual müsabiqə həyata keçirilmişdir.

26.11.2023-cü il tarixində Ağstafa rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Ağstafa rayonunda keçirilməsi nəzərdə tutulan “Tədbirlər Planı”na və “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənmiş 2023-cü il iş planına əsasən Ağstafa rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil sektoru və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə Ağstafa rayon təhsil müəssisələrinin müəllimləri arasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tarixi abidələrimizin təbliğində təhsilin rolu” adlı intellektual müsabiqə həyata keçirilmişdir. Müsabiqənin keçirilməsində əsas məqsəd Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi, tarixi abidələrimizin təbliği işinin genişləndirilməsi və təhsil alan gənc nəsilə aşılamaqdır.
Ağstafa rayon A.Mustafayev adına Həsənsu tam orta məktəbində həyata keçirilən tədbirdə iştirakçılar ilk öncə “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində aşkarlanmış maddi-mədəniyyət nümunələri və qoruğa məxsus çap məhsullarından ibarət sərgi ilə tanış olmuş, qoruq əməkdaşları tərəfindən onlara geniş məlumat verilmişdir. Daha sonra himnimiz səslənmiş, vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. İntellektual müsabiqə təşkilatçılar tərəfindən açıq elan olunmuş, yarışın qaydaları, mahiyyəti barədə məlumat verilmiş və bildirilmişdir ki, Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Bununla yanaşı Azərbaycan xalqının zəngin tarixi keçmişi, mədəni irsi daim ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Bu abidələrin qorunmasına, bərpasına, təbliğinə və gələcək nəsillərə çatdırılmasına böyük önəm vermiş və diqqət yetirirmişdir. Tərkibində Ağstafa rayon İcra Hakimiyyətinin məsul şəxsi, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa sektorunun məsul şəxsi, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşlarının olduğu münsiflər heyətinin iştirakı ilə intellektual yarışa start verilmişdir. Sualların çətinlik səviyyəsinə görə 3 mərhələdə aparılan müsabiqədə müəllimlər Ulu Öndər Heydər Əliyevin siyasətində Azərbaycanın tarixi abidələri, işğaldan azad olunmuş ərazilərdə tarix-mədəniyyət abidələrinin , o cümlədən bölgəmizin tarixi irsinə həsr olunmuş 50 sual üzrə yarışmışlar. 32 komandadan ibarət olan intellektual yarışın sonunda qaliblər müxtəlif nominasiyalar üzrə sertifikatlarla mükafatlandırılmış, qoruğa məxsus çap məhsullarından ibarət hədiyyə çantaları və hədiyyələr təqdim edilmişdir.


Spread the love