8 Noyabr-“Zəfər günü” ilə əlaqədar “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən 44 günlük Vətən Müharibəsində yaralanmış 20 nəfər qazinin iştirakı ilə tədbir keçirilmişdir.

II Vətən müharibəsi öz birliyini və gücünü nümayiş etdirən xalqımızın qalibiyyəti ilə başa çatdı. 8 noyabr 2021-ci il tarixində Azərbaycan xalqı 30 ildir həsrətlə gözlədiyi böyük və şanlı qələbəsini qazandı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədi ilə ölkəmizdə hər il 8 noyabr tarixinin “Zəfər Günü” kimi qeyd edilməsi qərara alınmışdır. Zəfər günü – bu tarixi gün müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” adlı hərbi əməliyyatında qazandığı tarixi qələbənin təcəssümüdür. İllərlə düşmən tapdağında qalan tarixi torpaqlarımızın azadlığı qovuşduğu gündür.
8 Noyabr-“Zəfər günü” ilə əlaqədar “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən 44 günlük Vətən Müharibəsində yaralanmış 20 nəfər qazinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən Keşikçidağ Kurqanlar vadisindəki kurqanlarla tanış olmuşlar. Sonra qonaqlar qoruğa məxsus informasiya mərkəzində ətrafında Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda şanlı tarix yazaraq şəhid olanların xatirəsinə salınmış “Badam Bağı” ilə tanış olmuşlar. Daha sonra isə Ağstafa rayonundan olan şəhidlərin əziz xatirəsinə badam tingləri əkilmişdir.


Spread the love