“Keşikçidağı tanıdaq”18 Aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nün qeyd olunması münasibətilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi hər il olduğu kimi bu ildə ənənə şəklini almış “Keşikçidağı tanıdaq” adlı lahiyyə ekskursiya və yürüşləri davam etdirir.

21.04.2017. “Keşikçidağı tanıdaq”18 Aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nün qeyd olunması münasibətilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi hər il olduğu kimi bu ildə ənənə şəklini almış “Keşikçidağı tanıdaq” adlı lahiyyə ekskursiya və yürüşləri davam etdirir. Həmin yürüşlərin davamı olaraq 21 aprel tarixində Texniki Yaradıcılıq Mərkəzinin müəllim və şagird kollektivinin bu əraziyə yürüşü təşkil edildi. Bu yürüşdə də məqsəd Ağstafa şəhər Heydər Əliyev Mərkəzində keçiriləcək “Keşikçidağ gənc rəssamların fırçalarında” adlı rəsm müsabiqəsində iştirak edəcək bacarıqlı gənclərin üzə çıxarılmasıdır. Yürüşdə iştirak edən şagirdlərə qoruğumuzu təmsil edən köynək və papaqlar paylandı. Şagirdlərə qoruqda yerləşən mağaralar, freskalar, ehtiyyat su quyuları, ərzaq anbarları, kurqanlar, Qüdrət bulağı haqqında ətraflı məlumatlar verildi, həmçinin yürüş zamanı onlara Keşikçidağ mağaralar kompleksinə aid bukletlər təqdim olundu. Şagirdlər və müəllimlər mağaralardan 600 m-lik turist yolunu əllərində üçrəngli bayraqlarla qət edərək “İlham Əliyev adına zirvə”sində yürüşü başa çatdırıldı.

Spread the love