"Ağstafa Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin təşkil etdiyi "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda keçirilən tədbirdə "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları da iştirak etmişdir.

16.10.2023-cü il tarixində “Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkil etdiyi “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirilən tədbirdə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları da iştirak etmişdir. Tədbirdə qoruğun əməkdaşı Məmmədova Firuzə “Heydər Əliyevin mədəni irsimizə verdiyi dəyər” adlı mövzu ilə çıxış edərək Ulu Öndərin tarixi abidələrə verdiyi önəmdən, onların qorunması, bu istiqamətdə gənclərin gördüyü işlər, o cümlədən qoruq ərazisində aparılmış “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay məktəbi” adlı silsilə layihəmizdə gənc könüllülərin fəaliyyətindən bəhs etmişdir.

Spread the love