18 Aprel 2017-ci iltarixində “Beynəlxalq Abidələr və Tarixi Yerlər” günü münasibətilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkil etdiyi “Keşikçidağı tanıdaq” adlı yürüş və ekskursiyalar davam edir. Bu gün ki, tədbirdə Ağstafa şəhər 2№-li orta məktəbin müəllim və şagird kollektivi iştirak etdi. Şagirdlərə mağaralar, sığınacaqlar, freskalar, Qüdrət bulağı, kurqanlar, ərzaq anbarları və ehtiyyat su quyuları haqqında ətraflı məlumat verildi. Tədbir iştirakçıları mağaralardan 600 metrlik turist yolunu əllərində bayraqlarla qət edərək bölgənin strateji cəhətdən ən hündür yüksəkliyi olan “İlham Əliyev zirvəsi”nə yürüşlə yekunlaşdırdılar.