"Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay məktəbi-3"adlı layihəmizin bu dəfəki qonaqları Ağstafa, Qazax və Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeylərinin əməkdaşları idi.

“Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay məktəbi-3″adlı layihəmizin bu dəfəki qonaqları Ağstafa, Qazax və Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeylərinin əməkdaşları idi. Onlar Qarasoy 1 və 2 saylı kurqanlarda aparılan arxeoloji qazıntı işlərində iştirak etmişlər. Aşkarlanmış artefaktlarla yaxından tanış olan muzey əməkdaşları öz muzeylərində sərgilədikləri eksponatların ilkin olaraq tədqiq olunması, onların arxeoloji qazıntılar nəticəsində üzə çıxarılması, alimlər tərəfindən yerindəcə öyrənilməsi prinsiplərinin mənimsənilməsi məqsədilə suallar vermişlər. Arxeoloji ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru Şamil Nəcəfov əməkdaşları maraqlandıran suallara cavab vermiş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Spread the love