27 Sentyabr – Azərbaycanda Anım Günüdür. Xalqımız II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini ehtiramla anır.
“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi 27 Sentyabr Anım Günü münasibətilə həyata keçirilən ümumrayon tədbirləri çərçivəsində Ağstafa rayon Şəhidlər Xiyabanını və Ağstafa rayonun mərkəzində ucaldılmış “Şəhid” Memorial Abidə Kompleksini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsi yad edilmişdir. Daha sonra “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında “27 Sentyabr-Milli Qürur Günüdür” adlı dəyirmi masa təşkil olunmuşdur. İlk öncə Vətən uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Qoruğun direktoru Musa Mursaquliyev çıxış edərək bildirmişdir ki, 27 sentyabr Vətən müharibəmizin başlanma tarixi və möhtəşəm Qələbə tariximizdir. Bu gün doğma torpaqlarımızı işğaldan azad etmək, milli ruhumuzun, həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.
Allah şəhidlərimizə rəhmət eləsin.