Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə və Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə ilkin olaraq qoruğa səfər etmişlər.

“Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay məktəbi-3” adlı layihə çərçivəsində 14.09.2023-cü il tarixində YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə və Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə ilkin olaraq qoruğa səfər etmişlər. Qonaqlar ilk öncə qoruğun informasiya mərkəzində sərgilənən, qoruq ərazisindən aşkarlanmış maddi-mədəniyyət nümunələri, fraqmentləşmiş halda aşkarlanmış artefaktların qoruq əməkdaşı tərəfindən bərpa edilməsi prosesi ilə tanış olmuşlar və arxeoloji qazıntı sahəsinə baxış keçirmiş, qazıntı haqqında geniş məlumat verilmişdir. Sonda qonaqlara qoruq ərazisində yerləşən abidələrin şəkli əks olunmuş kristal suvenirlər, buklet, flayer və “Qədim Yurdun Daş Kitabəsi ” adlı sənədli filmin diski olan hədiyyə çantaları təqdim edilmişdir.

Spread the love