“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində son dövrlər davamlı olaraq elmi tədqiqatlar və multidissiplinar araşdırmalar aparılır.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində son dövrlər davamlı olaraq elmi tədqiqatlar və multidissiplinar araşdırmalar aparılır. Bu tədqiqatların davamı olaraq 28-29.08.2023-cü il tarixlərində AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun daş dövrü üzrə mütəxəssisləri dosent, tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurov, dosent, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov, BDU-nun Qazax filialının dosenti, sənətşünaslıq üzrə elmlər doktoru İmaş Hacıyev Keşikçidağ mağaralar kompleksinin yerləşdiyi Ceyrançöl ərazisində olmuş, kəşfiyyat xarakterli araşdırmalar aparılmış, qarşıdan gələn payız aylarında Rusiyalı və Dağıstanlı alimlərlə birgə aparılacaq elmi tədqiqatların istiqamətləri müəyyənləşdirilmişdir. Bununla yanaşı ərazidən 15-ə yaxın kurqan və kurqanların torpaq örtüyünün üzərində daş dövrünə aid artefaktlar, əmək alətləri aşkar edilmişdir. Həmçinin bu kurqanların koordinatları vurularaq, ilkin qeydiyyata götürülmüşdür.

Spread the love