Son dövrlər “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən tarix, memarlıq, dini və arxeoloji abidələr elmi ictimaiyyətin diqqətini cəlb edir. Qoruq ərazisindəki Keşikçidağ Kurqanlar vadisində çoxlu sayda qədim tarixə malik zəngin kurqanlar mövcuddur və bunun nəticəsi olaraq “Keşikçidağ kurqanları”adı elmi dövriyyəyə daxil edilmişdir. Burada multidissiplinar tədqiqatlar aparılır, nəticədə elmi məqalələr yazılır və konfranslara göndərilir. Belə konfransların davamı olaraq Azərbaycan Pedoqoji Universitetinin Quba filialının təşkil edilmiş “6-cı Beynəlxalq Dədə Qorqud Türk Mədəniyyəti, Tarixi və Ədəbiyyatı Konfransı”da iştirak edən qoruğun elmi işçiləri sertifikatla təltif olunmuşlar.