Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev və qoruğun əməkdaşları təcrübə mübadiləsi məqsədilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun inzibati binasını ziyarət etmişlər. Ziyarət zamanı qoruqların direktorları tərəfindən qarşılıqlı əlaqələrin qurulması istiqamətində təkliflər verilmiş, həmçinin elmi işçilər arasında təcrübə mübadiləsi və müzakirələr aparılmışdır.