20-21 iyul 2023-cü il tarixində Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialında təşkil edilmiş “6-cı BEYNƏLXALQ DƏDƏ QORQUD TÜRK MƏDƏNİYYƏTİ, TARİXİ VƏ ƏDƏBİYYATI KONFRANSI”nda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu da iştirak etmişdir. Türkiyənin İKSAD təşkilatı və AMEA-nın Folklor İnstitutu Dədə Qorqud Şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən konfransda qoruğun elmi işçiləri Paşşanova Unnab “Ağstafa rayonunun Ceyrançöl ərazisində yerləşən Keşikçidağ toponiminin mənşəyi haqqında”, Hüseynova Fazilə “Keşikçidağda kurqan mədəniyyəti”, Qurbanova Ülviyyə “Keşikçidağ mağaraları” adlı elmi məqalələri ilə (slaydla) iştirak etmiş və sertifikatlarla təltif olunmuşlar.