Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində, AMEA Arxeologiya və Antropologiya İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi 6” layihəsi çərçivəsində Qazax Dövlət Sosial İqtisadi Kollecinin rəhbərliyi, müəllim və tələbələri qoruq ərazisində olublar.

Qonaqlar Keşikçidağ Kurqanlar Vadisində yerləşən Sarıyoxuş kurqanlarında aparılan arxeoloji qazıntı işləri ilə yaxından tanış olub, ərazidə həyata keçirilən tədqiqatların məqsədi, gedişi və elmi əhəmiyyəti barədə ətraflı məlumat əldə ediblər. AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədov ziyarətçilərə qazıntı prosesi, aşkar olunan arxeoloji materialların tarixi əhəmiyyəti və onların qədim dövrün ictimai həyatı, dəfn adətləri və mədəni ənənələrinin öyrənilməsində rolu haqqında məlumat verib. Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi 6” layihəsi Azərbaycanın qədim tarixinin və zəngin mədəni irsinin elmi əsaslarla öyrənilməsi, arxeoloji abidələrin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Layihə, eyni zamanda, elmi biliklərin geniş auditoriyaya çatdırılmasına, gənclərin tarixə və arxeologiyaya marağının artırılmasına, nəzəri biliklərin praktiki müşahidələrlə zənginləşdirilməsinə xidmət edir. Belə maarifləndirici səfərlər ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbələrinin milli-mədəni irsə bağlılığının gücləndirilməsi, tarixi abidələrin qorunmasının vacibliyinin aşılanması və arxeoloji tədqiqatların cəmiyyətə tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Spread the love